"Qəbələ"nin futbolçuları arasındakı davanın VİDEOSU YAYILDI

img

25-09-2017 [11:25]


Azərbaycan Premyer Liqasının VI turunun son matçında xoşagəlməz insident baş verib.

Mia.az oxu.az-a istinadla xəbər verir ki, Azərbaycan Premyer Liqasının 6-cı turunda "Neftçi" ilə oyundan (2:1) sonra "Qəbələ"nin futbolçusu Ruslan Qurbanovla komanda yoldaşı Stiven Jozef-Monroz arasında gərgin anlar yaşanıb.

Belə ki, "Qəbələ"nin futbolçuları arasında dava düşüb. Fariz Yusifovun final fitini səsləndirməsindən sonra Ruslan Qurbanov komanda yoldaşı Steven Monrozun üzərinə yeriyib. Legioner futbolçu isə ona yumruq atıb. Futbolçuların davası sonda Monrozun qırmızı vərəqə alması ilə nəticələnib.

"Qəbələ"nin futbolçusu Ruslan Qurbanov matçdan sonra baş məşqçi Roman Qriqorçukun ona heç nə demədiyini bildirib.





Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı