Rəsmi Bağdaddan Bərzaniyə daha bir kəskin həmlə: "Sərhəd qapıları, hava limanı və neft satışı..."

img

24-09-2017 [22:13]


Iraq Kürd Muxtariyyəti İraq konstitusiyasına zidd olaraq sabah keçirəcəyi referenduma saatlar qalmış rəsmi Bağdad sərt həmlələrə başlayıb.

Mia.az xəbər verir ki, rəsmi Bağdad mərkəzi hökumətin və İraq Ali Məhkəməsinin referendumu dayandırılması ilə bağlı çağırış və qərara baxmayaraq, Bərzaninin referendumda israrı vəziyyəti hər keçən saat daha da dramatikləşdirməkdədir.

Az əvvəl Iraq höküməti  Iraq Kürd Muxtariyyətindən bütün sərhəd məntəqələrini və hava limanlarının idarəçiliyini rəsmi Bağdada təhvil verməsi ilə yanaşı, neft ticarətinin durdurulmasını da tələb edib.

Onu da qeyd edək ki, referenduma saatlar qalmış ABŞ-dan da Bərzaniyə daha bir çağırış gəlib. ABŞ referendumun "çox riskli yol" olduğunu vurğulayaraq, təcili ləğv edilməsini istəyib.

Türkiyə prezidenti Ərdoğan isə bir neçə saat əvvə İranı həmkarı Həsən Ruhani ilə referendumu müzakirə edib. Hər iki prezident  bu seçkinin bölgədə böyük bir xaosa səbəb olacağını vurğulayıblar. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq