"Referendum bölgədə xaosa yol açacaq" - Ərdoğanla Ruhanidən ortaq açıqlama

img

24-09-2017 [21:33]


Türkiyə prezidenti Ərdoğanla İran prezidenti Həsən Ruhani az əvvəl telefonda Şimali İraq Kürd Muxtariyyətinin sabah keçirəcəyi referendumla bağlı müzakirə aparıbar.

Mia.az Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, telefon danışığında hər iki ölkənin lideri İraqın ərazi bütövlüyünü birmənalı dəstəklədiklərini bildiriblər. 

Açıqlamada o da qeyd olunub ki, Ərdoğan və Ruhani referendumun bölgədə xaosa yol açacağını vurğulayıblar.

Qeyd edək ki, bir həftədir Türkiyə ordusu Şimali İraq sərhədində böyük hərbi təlim keçirir.

İran ordusu isə bu gün muxtariyyətin ərazisini bombalayıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR