Bərzani Kərkükə əlavə qüvvə yeritdi, İraq baş naziri "irqçı dövlət qurulmasını rədd edirik" dedi

img

24-09-2017 [19:40]


Iraq Kürd Muxtariyyəti İraq konstitusiyasına zidd olaraq sabahkı referendumla bağlı türkmənlərin kompakt yaşadığı Kərkükə əlavə qüvvələr yeridib. 

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bərzaninin göstərişi ilə peşmərgə qüvvələri seçkinin keçiriləcəyi məntəqələrin ətrafında səfərbər olublar: "Bundan başqa, Kərkükün mərkəzi və digər strateji nöqtələrinə əlavə siahlı peşmərgələr yeridilib".

İraq ordusunun zəif olduğunu düşünən xalq isə ərazidə peşmərgə ilə Haşdi Şabi qüvvələrinin arasında çıxma ehtimalı güclü olan döyüşdən qorxuya düşüblər.

Iraqın baş naziri Heydər əl-İbadi isə bir daha referendumun dayandırılmasına çağırış edib. O, bu seçkinin bölgədə gərginliyi şiddətləndirəcəyini bəyan edib.

Baş nazir eyni zamanda, peşmərgə ilə Haşdi Şabinin toqquşacağını nəzərə alaraq "Iraqda irqçı dövlət qurulmasını rədd edirik", - deyə, bildirib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı