Bərzani dünyaya məhəl qoymadı: "Seçkiyə gedirik, çünki Iraq demokratik deyil, Türkiyə isə..."

img

24-09-2017 [18:57]


Iraq Kürd Muxtariyyətinin lideri Bərzani az əvvəl referendumla bağlı son qərarlarını açıqlayıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bərzani müstəqilliklə bağlı sabah keçirəcəkləri seçkini təxirə salmayacaqlarını bir daha bəyan edib:

"Iraq hazırda demokratik dövlət deyil, məzhəbçi bir dövlətdir. Rəsmi Bağdadın rəhbərliyi ilə danışmaq istədik. Onlar bizim qonşumuz, qardaşımızdır. Onlarla dartışmamız məntiqli deyil. Yeni formul tapmağa çalışdıq. Ancaq referenduma gedirik, gedəcəyik".

Bərzani deyib ki, ancaq müstəqillik qazanmaqla təhlükəsizliklərini təmin edə bilərlər:  "Referendumdan sonra Bağdadla  görüşəcəyik. Bağdadla bundan sonra ortaqlığı deyil, qonşuluğu müzakirə edəcəyik".

Bərzani "Türkiyənin referendumun bölgə təhülkəsizliiyinə təhdiddir" bəyanatına isə belə reaksiya verib: "Kürdistan bölgənin güvənliyini daha sağlamlaşdıracaq", cavabını verib. 

Türkiyənin sərhəddə hərbi təliminə gəincə isə Bərzani deyib ki, bu təim onları maraqlandırmır:
"Ancaq onların bizimlə sərhədi bağlayıb-bağlamayacaqları maraqlıdır. Biz bunu istəmirik, ancaq Türkiyə belə qərar verərmi, bax, bunu bimirik".

Qeyd edək ki, referenduma İŞİD-lə mübarizədə müxtariyyətə və Bərzaniyə ciddi dəstək verən ABŞ da qarşı çıxıb. 

Bundan başqa İraq, İran, Türkiyə bu seçkinin dərhal ləğv edilməsini tələb edərək, bir sıra addımlar atıblar. BMT, Avropa Birliyi, Rusiya, Fransa, İngiltərər, Almaniya, və diğər ölkələr də Bərzaniyə referendumu ləğv etməsi üçün çağırışlar ediblər. 

Ancaq görünən odur ki, bunların faydası olmayıb. 

Bərzaninin müstəqillik çabasını dəstəkləyən yeganə dövlət isə İsraildir.

İran isə bu gün Bərzaninin nəzarət etdiyi əraziəri bombalamağa başlayıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR