"Biz sanksiyaları sərtləşdirməyə hazırıq” - Merkeldən Kremlə mesaj

img

23-09-2017 [19:28]


"Böyük yeddilik” ölkələri Ukraynanın şərqində vəziyyətin gərginləşəcəyi təqdirdə, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır.
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın federal kansleri Angela Merkel deyib. A. Merkel sanksiyaların ləğvinin Minsk razılaşmalarının həyata keçirilməsi ilə əlaqəli olduğunu söyləyib: "Əgər vəziyyət tələb edərsə, baxmayaraq ki, bunu istəmirik, biz sanksiyaları sərtləşdirməyə hazırıq”.
 
Qeyd edək ki, Avropa İttifaqı Krımın Rusiya tərəfindən ilhaqından və Ukraynanın şərqində separatizmin baş qaldırmasından sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edib.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:14 22.04.2024

Sabah yağış yağacaq