Bələdiyyə sədri istefa verdi - müxalifətə görə

img

22-09-2017 [21:07]


İstanbul Bələdiyyəsinin sədri Kadir Topbaş vəzifəsindən istefa verib.

Mia.az-ın "Anadolu"-ya istinadən verdiyi xəbərə görə, bunu K. Topbaş keçirdiyi mətbuat konfransında bəyan edib. K.Topbaş Ədalət və İnkişaf Partiyasında fəaliyyətini davam etdirəcəyini bildirib: 

"Müxalifət bunun üzərindən siyasət qurmaq istəyir. Buna heç vaxt icazə vermərəm. Mən bu gündən bələdiyyə sədri vəzifəsindən istefa verdim. Lakin siyasi partiyam ilə ziddiyyətim yoxdur. Mənsub olduğum partiyanın üzvlüyündə qalıram".

Qeyd edək ki, AKP-nin üzvü olan K.Topbaş 2004-cü ildən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri idi.

Xatırladaq ki, bir müddət əvvəl Topbaşın kürəkəni FETÖ üzvü olmaqda ittiham ediərək, həbs edilmişdi. Lakin az sonra o, həbsdən xəstəliyinə görə buraxılsa da, müxailfət oxşar hallarla üzləşən digər məhkumlara eyni münasibətin olmamasına görə iqtidarı sərt tənqid etməyə başladılar. Bundan sonra Topbaşın kürəkəni yenidən həbs edildi. 


Digər xəbərlər
SON XƏBƏRLƏR