Şriftin ölçüsü / 421 dəfə oxunub

İcra başçısı məşhur taksi xidməti aldı, şirkət yaratdı

22 Sentyabr 2017 [14:36]

Azərbaycanda fəaliyyət göstərən məşhur *9933 taksi şirkəti satılıb.

Sözügedən şirkət *2424 taksi şirkəti tərəfindən alınaraq, birləşdirilib. Birləşdirilmədən sonra şirkət "Aztaksi” adı ilə fəaliyyətə başlayacaq. Artıq müştərilərə "Aztaksi” adı ilə mesajlar da göndərilir.

Qeyd edək ki, *2424 və "Aztaksi” şirkətlərinin Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyevə məxsus olduğu bildirilir. Hər iki şirkətə Ə.Abıyev öz yaxın adamlarını rəhbər təyin edib.

Məsələ ilə bağlı Ə.Abıyevdən münasibət öyrənmək mümkün olmayıb. (ölkə.az)


SON XƏBƏRLƏR
23:36 15.12.2017
Ordu, yoxsa qələm?
10:01 15.12.2017
Şəhidimiz dəfn edildi