“AAAF Park”ın sahibi ilə bağlı müəmma - Həbs xəbəri yayıldı, bütün obyektlər bağlandı(FOTOLAR)

img

22-09-2017 [13:54]


"AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edilib.

Mia.az bildirir ki, "Ölkə.Az”ın əldə etdiyi məlumata görə, prokurorluq əməkdaşları "AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb. Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Hazırda "AAAF Park” ərazisində axtarışlar aparılır. İstintaq başa çatdıqdan sonra obyekt sahibləri əraziyə daxil ola biləcəklər.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, ancaq bu barədə "Ölkə.Az”-a məlumatı boşaldılan obyekt sahibləri də təsdiqləyiblər. Obyekt işçiləri arasında gəzən söhbətə görə, iş adamı Tofiq Heydərov hansısa dini sektanın üzvüdür.

**** 

Baş Prokurorluqdan "Qafqazinfo”ya bildirilib ki, bəzi KİV-lərdə yayımlanan guya prokurorluq əməkdaşları tərəfindən "AAAF Park”da axtarış aparılması ilə bağlı yayılan məlumatlar yanlışdır.


*** 

Şirkətin direktoru, Tofiq Heydərovun qaynı Əli Nəbiyev Unikal.org-a açıqlamaısnda bildirib ki, T.Heydərovun həbsi ilə bağlı yayılan məlumat əsassızdır: "Tofiq Heydərov hazırda Kosovada 17-18 yaşlı gənclər arasında keçirilən ağır atletika üzrə Avropa birinciliyində iştirak edir. Yayılan məlumat yanlışdır".

Şirkətdə vergi yoxlamasının aparılması məsələsinə də münasibət bildirib: "Hüquq mühafizə orqanları ilə heç bir problemimiz yoxdur".

*** 

Hazırda"AAAF Park”da fəaliyyət göstərən təndir də daxil olmaqla bütün obyektlər bağlanıb. 

Bağlanan obyektlərin fotolarını təqdim edirik:






Digər xəbərlər
SON XƏBƏRLƏR