Ukraynada azərbaycanlı "vorzakonlar" saxlanıldı - Fotolar

img

22-09-2017 [13:42]


Ukraynada aralarında azərbaycanlıların da olduğu kriminal avtoritetlər saxlanılıb.

Polis əməkdaşları kriminal avtoritetlərin bir araya gəldiyi "Şaşlıq evi” adlı kafedə xüsusi əməliyyat keçiriblər. Bu zaman Mərkəzi Ukraynanın, Kirovoqrad, Dnepropetrovsk və Nikolayev vilayətlərinin 27 kriminal avtoriteti saxlanılıb.

Onların arasında 5 azərbaycanlı-Əkbər Zeynalov, Şükür Hümbətov, Kamran Gözəlov, Zamiq Mehbalıyev, Vüsal Çalabayev, Cavid Tapdıqlı, Nəcəb Əhmədov da olub. Bildirilir ki, görüşün məqsədi 27 avtoritetin öz aralarında təsir dairələrini bölüşdürmək olub.

Qeyd edilir ki, saxlanılanlardan bir neçə ədəd odlu silah, iki avtomat və qumbara götürülüb.


Qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR