“Qarabağ” - “Roma” oyununa 58 min bileti satıldı

img

22-09-2017 [10:03]


"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı "Roma”yla matçın bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 58 000-ə çatıb.

Satışda yalnız 2 manatlıq biletlər qalıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, "Qarabağ” - "Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri

VIP – 50 AZN

Kateqoriya 1 – 20 AZN

Kateqoriya 2 – 10 AZN

Kateqoriya 3 – 5 AZN

Kateqoriya 4 – 2 AZN

Satış məntəqələri

Asan Xidmət Mərkəzləri

Heydər Əliyev Sarayının kassası

28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Qeyd edək ki, azarkeşlərimiz qeyd olunan ünvanlarda vauçerləri biletlərlə dəyişə bilər.



Digər xəbərlər
SON XƏBƏRLƏR