"Ümidvaram ki, əlaqələrimiz genişlənəcək" - İlham Əliyevdən Mali prezidentinə məktub

img

21-09-2017 [23:11]


Azərbaycan prezidenti İlham Əliyev Mali Respublikasının prezidenti İbrahim Bubakar Keytanya ölkəsinin milli bayramı münasibəti ilə təbrik məktubu göndərib.

Mia.az həmin təbrik məktubunu təqdim edir:
 
"Hörmətli cənab Prezident, 

Mali Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Mali əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və inkişaf edəcək. 

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub