Lotereyadan udduğu 25 min manatı Bakıda mənimsədilər - VİDEO

img

21-09-2017 [22:47]


Lotereyadan 25 min manat udan Gədəbəy sakinləri Fəqan Əhmədov və Lalə Əhmədova fırıldaqçıların qurbanı olub.

Xezerxeber.az-ın məlumatına görə, Bakıdan ev almaq üçün tikinti şirkətinə pul verən ailə 10 ay sonra aldadıqlarını başa düşüblər. Pul verdikləri adamı tapa bilməyən ailə 3 gündür ki, avtomobildə gecəlməyə məcbur olur.

Lotereyadan udduğu pulla Bakıdan ev almaq istəyən Əhmədovlar ailəsi həm puldan, həm də evdən olub.

Əhmədovlar ailəsi ev almaq üçün 18 min manat ödəniş etdikləri ''Nursu Əmlak'' ofisinin rəhbəri Cavid Umudlunun onları aldatdığını iddia edir. Həmin şəxs Abşeron rayonu, Xırdalan şəhəri əraazisində tikilən hündürmərtəbəli binadan Gədəbəy sakini Lalə Əhmədovaya müqavilə ilə ev satıb. Daha sonra əmlak müqaviləsini borc müqaviləsinə çevirib.

Bakıda qalmağa yerləri olmadığı üçün gədəbəyli ailə 3 gündür ki, azyaşlı uşaqla maşında gecəməli olur. Onlar bildirir ki, 1 il əvvəl lotereyadan 25 min manat udublar və elə bu pullada ev almaq istəyiblər.

Elə biz də Cavid Umudlu adlanan şəxslə əlaqə saxlamaq istəsək də bu cəhdimiz nəticəsiz qaldı.

Kameramıza danışmaq istəməsələr də ərazidə çəkiliş apardığımız zaman eyni üsulla aldadılan bir neçə şəxslə də qarşılaşdıq. İndi bu şəxslər pullarının geri qaytarılması üçün hüquq-mühafizə orqanlarına şikayət etməyə hazırlaşırlar.
 


Digər xəbərlər
SON XƏBƏRLƏR