Şriftin ölçüsü / 147 dəfə oxunub

Ədalət Partiyası qurultaya gedir - Yeni sədr, məclis və MNTK üzvləri seçiləcək

21 Sentyabr 2017 [20:59]
Bu gün Ədalət Partiyasının Siyasi Şurasının növbəti iclası keçirilib. 

Partiyadan Mia.az-a verilən məlumata görə, iclasda Ədalət partiyasının VI qurultayına hazırlıq məsələləri müzakirə olunub. Nizamnaməyə uyğun olaraq qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb:

"Təşkilat Komitəsinə Ədalət Partiyasının sədri İlyas İsmayılov rəhbərlik edəcək. Siyasi Şura üzvlərinin hamısı Təşkilat Komitəsinin üzvü seçilib". 

Təşkilat Komitəsinin qərarına əsasən Ədalət Partiyasının VI qurultayının dekabrın 23-də keçirilməsi qərara alınıb:

"Qurultayda seçkili orqanların hesabatları dinləniləcək, Ədalət partiyasının sədri, Ali Məclis üzvlərinin üçdə biri və Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri seçiləcək". 



SON XƏBƏRLƏR
23:36 15.12.2017
Ordu, yoxsa qələm?
10:01 15.12.2017
Şəhidimiz dəfn edildi