Şriftin ölçüsü / 174 dəfə oxunub

“Məni maşına basıb, Əli Ömərovun kabinetinə apardılar” - Tanınmış jurnalist

21 Sentyabr 2017 [15:09]

Tanınmış jurnalist Səbuhi Məmmədli son günlər aktivləşən, YAP-dan istefa verən, Milli Şuranın mitinqini də dətəkləyən sabiq baş prokuror Əli Ömərovla bağlı maraqlı əhvalat danışıb.

Jurnalist danışdıqlarının real hadisə olduğunu vurğulayıb.

"Bu adam baş prokuror olanda məni "525-ci" qəzetin redaksiyasından sözün həqiqi mənasında oğurlayıb aparmışdı. Deməli, 1993-cü ilin bu vədələridir. "525-ci qəzet”də işləyirik. Xanım jurnalistlərin biri qəzetdə "Mister X” adlı rubrika aparırdı. Bu rubrikada adı gizli qalan şəxslərdən müsahibələr götürülürdü. Və böyük də rezonans doğururdu.

Bir dəfə baş prokuror Əli Ömərovun fəaliyyəti ilə bağlı adı gizli qalan prokurorluq işçisi necə deyərlər, şok faktlar açıqlamışdı.

Qəzet çap olunan günün səhəri redaksiyanı polis, prokurorluq işçiləri bürüdü. Qəzetin redaktoru kimi məni itələyə-itələyə maşına basıb, Baş prokurorluğa Əli Ömərovun kabinetinə apardılar. Kabinetdə haradasa 7-8 adam vardı. Biri də qadın idi. Elə içəri girən kimi Əli Ömərov başladı bağırmağa: "Hansıdır, tez elə denən görüm”.

Mən çiynimi çəkib "bilmirəm” dedim. Əslində nə baş verdiyini də anlamırdım. Səsini lap ucaltdı: "Denən görüm hansıdır?”.

Mən bu adamları tanımırdım, ilk dəfəydi ki görürdüm. Yenə "tanımram” dedim, "bu adamlar kimdir ki” deyə soruşdum.

Sən demə, Əli Ömərov "Mister X”i, "Mister Xı” kimi başa düşübmüş. Prokurorluqda adı "X” hərfiylə başlayan (Xalid, Xanlar, Xasay, Xuraman və s.i) nə qədər adam var yığıb tökmüşdü kabinetinə…”.




SON XƏBƏRLƏR