Sabahdan Məhərrəm ayı başlayır

img

21-09-2017 [14:33]


Sabahdan hicri təqvimi ilə Məhərrəm ayı başlayır.

Mia.az "Report"un məlumatına istinadən xəbər verir ki, miladi təqvimi ilə sentyabrın 22-də başlayan Məhərrəm ayı oktyabrın 20-də sona çatacaq. Məhərrəm ayının 10-cu günü - Aşura oktyabrın 1-nə təsadüf edəcək. Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq. İmam Hüseyinin şəhadətinin qırxıncı günü Səfər ayının 20-nə, miladi təqvimi ilə noyabrın 9-na düşür.

28 Səfər (17 noyabr) tarixində isə Məhəmmməd peyğəmbərin (s) vəfatı tarixi qeyd olunacaq. Səfər ayı miladi təqvimi ilə noyabrın 19-da başa çatacaq.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycandakı əksər müsəlmanlar toy mərasimləri keçirmir.



Digər xəbərlər
SON XƏBƏRLƏR