Şriftin ölçüsü / 67 dəfə oxunub

"Azərbaycan və Ermənistan xalqları bu münaqişədən yorulub" - Baş nazirin müavini

21 Sentyabr 2017 [11:40]
BMT Baş Assambleyasının son iclasında Ermənistanın cinayətkar prezidenti Serj Sarkisyanın çıxışı həyasızlığın, abırsızlığın ən yüksək dərəcəsinə qalxdı".

Bunu bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük Qayıdışın başlanğıcı" filminin təqdimatında çıxışında söyləyib.

Ə. Həsənov deyib ki, 25 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın cinayətkar rejimi Sarkisyanın çıxışı ilə ifşa olunub: "Serj Sarkisyan tərbiyəsizliyini ortaya qoydu. Serj Sarkisyan çıxışında əzilib, büzülürdü. Prezident İlham Əliyev isə BMT Baş Assambleyasında çıxışında qürurla durmuşdu. O torpaqlar işğaldan azad ediləcək. Azərbaycan prezidenti çıxışında son 25 ildə ölkəmizdə görülən işləri sadaladı. Dövlət başçımız çıxış edən zaman zalı heç kim tərk etmədi. Azərbaycan prezidentinin çıxışı başa çatan zaman Ermənistan nümayəndə heyətinin üzvü eynəyini çıxarıb masaya çırpdı. Bu, Azərbaycan prezidentinin necə uğurla çıxış etməsinin, Serj Sarkisyanın isə özlərini ifşa etməsinin bir nəticəsi idi, Ermənistan nümayəndə heyətinin üzvü hərəkəti ilə bunu etiraf edirdi".

Baş nazirin müavini bildirib ki, Azərbaycan və Ermənistan xalqları bu münaqişədən yorulub: "Erməni xalqı sülh istəyirsə, Sarkisyan-Köçəryan rejimindən canını qurtarmalıdır. Çünki bu cinayətkarlar Azərbaycan xalqının o torpaqlarda qanını tökərək hakimiyyətə gəliblər. Erməni xalqı sülh şəraitində yaşamaq üçün bu rejimdən canını qurtarmalı, normal hakimiyyət qurmalı, normal ermənini hakimiyyətə gətirməlidir".



SON XƏBƏRLƏR