Rəsmi Ankara Rusiyadan niyə S-400 raket kompleksləri alır? - Ərdoğan açıqladı

img

20-09-2017 [15:01]


Ankaranın NATO üzv dövlətləri ilə zenit-raket komplekslərinin əldə olunması ilə bağlı danışıqlar aparmasına baxmayaraq, alyansın heç bir üzvü Türkiyəyə bu imkanı təqdim etməyib.

Bunu ABŞ-ın PBS telekanalına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyə öz təhlükəsizliyini təmin etməlidir və məhz buna görə də Ankarada Rusiyanın S-400 zenit-raket komplekslərinin əldə olunmasına qərar verilib.

R.T.Ərdoğan vurğulayıb ki, Rusiyadan alınan komplekslər NATO ölkələrini narahat etməməlidir, çünki daha əvvəl Yunanıstan da Rusiyadan S-300 zenit-raket komplekslərini almışdı/Trend.

Digər xəbərlər
SON XƏBƏRLƏR