Keçmiş baş prokurordan Milli Şuranın mitinqinə - Dəstək

img

20-09-2017 [14:25]


Keçmiş baş prokuror Əli Ömərov Milli Şuranın 23 sentyabra təyin etdiyi mitinqi dəstəkləyib.

Mia.az xəbər verir ki, bu barədə Ə. Ömərov facebook-da açıqlama ilə çıxış edib.

"Milli demokratik ölkələrdə söz və insan azadlığı normal bir haldır. Vətəndaşlar öz fikirlərini açıq-aydın bildirmək hüququna malikdirlər. Bu baxımdan da mən hər bir qanuni mitinqi, o cümlədən sentyabrın 23-ü keçirilməsi nəzərdə tutulan mitinqi dəstəkləyirəm.

Bundan başqa, həmin gün mitinqin keçirilməsinə tam şərait yaradılmalıdır, mitinqə gələnlərin qarşısı alınmamalıdır və bununla da bütün dünya görməlidir ki, Azərbaycan sözdə deyil əməldə demokratik bir ölkədir”, - deyə Ə. Ömərov qeyd edib.

Qeyd edək ki, Əli Ömərov 2014-cü ildən YAP-ın üzvü olub. Bir neçə gün əvvəl isə üzvlükdən çıxdığını elan edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR