20-09-2017 [14:21]
Azərbaycanda rayonlardan birində 13 yaşlı oğlan uşağını at dişləyib. Uşaq cinsiyyət orqanını itirmək təhlükəsi ilə üz-üzə qalıb.
Mia.az medicina.az-a istinadən xəbər verir ki, bu barədə cərrah Fuad Hüseynov məlumat verib. O bildirib ki, at uşağın cinsiyyət orqanını demək olar ki, qoparıb. Həkim ailənin istəyi ilə pasiyentinin ad və soyadını, hansı rayondan olduğunu anonim saxlasa da, qeyd edib ki, xəsarət alan uşaq hadisədən sonra rayonda xəstəxanaya çatdırılıb. Onun xayasından bir neçə tikiş atıldıqdan sonra, uşağı təcili Bakıya göndəriblər. Ailə paytaxt xəstəxanalarından bir neçəsində uroloq-cərrahlara müraciət edib, lakin gərəkli müdaxilə edilməyib. Hadisədən 16 saat keçdikdən sonra 13 yaşlı oğlan Mərkəzi Klinikanın Uşaq Cərrahiyyə Şöbəsinə gətirilib.
F. Hüseynovun sözlərinə görə, vaxtında müdaxilə edilmədiyindən, uşağın cinsiyyət orqanında ciddi əyilmə, göyərmə və şişkinlik yaranıb, nekroz başlayıb: "Sidik kanalı zədələndiyindən sidiyə gedə bilmirdi. Riskli əməliyyat idi. Bütün risklər valideynlərə başa salındı. Təcili əməliyyata alınan uşağın zədələnmiş sidik kanalı bərpa olundu, ereksiyaya cavabdeh olan kavernalar yuyuldu, bərpa olundu, xaya düzgün tikildi və kateter qoyuldu. Antibiotik müalicə başlanıldı. 1 həftədən sonra uşaq normal sidiyə getməyə başladı. Əməliyyatı mənimlə birlikdə uşaq urologiyası uzmanları Allahverdi Musayev icra edirdi”.
Uroloq-cərrah bildirib ki, tibdə bu patologiya penul fraktür adlanır: "Bu vaxt ereksiyaya cavabdeh olan kavernalarda zədələnmə olur. Amma bu dəfə nadir görülən hallardan biri sidik kanalının zədələnməsi idi. Ona görə əməliyyat çətin hesab oluna bilər. Hazırda uşağın vəziyyəti yaxşıdır. Cinsiyyət orqanında xarici heç bir qüsur qalmayıb, sidiyə getmə və ereksiyasında da problem yoxdur. Bu, ilk fakt deyil. Analoji hal bir neçə il əvvəl də olmuşdu. Uşağın cinsiyyət orqanından it dişləmişdi. Onu da əməliyyat etmişdik. İndi böyük oğlandır”.
Xatırladaq ki, analoji hal 2014-cü ildə Biləsuvar rayonunda olmuşdu. İt 2004-cü il təvəllüdlü Fərid Ağakişiyevin cinsiyyət orqanını qoparmışdı.
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb