Vergilər Nazirliyi “Turan”la bağlı istintaqı dayandırdı

img

20-09-2017 [13:03]


"Turan” agentliyinə qarşı başlanan istintaq dayandırlıb.

Mia.az xəbər verir ki, bu barədə agentliyin elektron poçtuna Vergilər Nazirliyi məktub ünvanlayıb.

Qeyd edilir ki, "Turan”ın səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı şikayətinə baxılıb. Aparılan yoxlamalar zamanı məlum olub ki, agentliyin müvafiq iddiası üzrə iş 1 saylı Bakı İnzibat-İqtisad məhkəməsinə verilib.

Agentliyə qarşı əvvəllər başlanmış istintaqın dayandırılması barədə qərar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR