Şriftin ölçüsü / 125 dəfə oxunub

“Dərmanlar pulsuz verilsin” - Deputatdan təklif

14 Sentyabr 2017 [16:30]
Azərbaycanda qaraciyər köçürülən insanlara transplantasiya əməliyyatından sonrakı müddətdə dərmanların pulsuz verilməsi təklif edilir.

Bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev komitənin bu gün keçirilən iclasında deyib. Musa Quliyev bildirib ki, böyrək transplantasiyası həyata keçirilən xəstələr üçün belə bir proqram qəbul edilib. Həmin vətəndaşlara dərmanlar əməliyyatdan sonra pulsuz verilir.

"Qaraciyər köçürülən insanlara isə müalicədən sonra pulsuz dərmanlar verilmir. Bununla bağlı proqram qəbul edə bilərik. Son dövrlərdə təcili tibbi yardım işçilərinin döyülməsi və təhqir edilməsi halları artıb: "Təcili tibbi yardımda çalışan tibb işçilərinin sosial və hüquqi müdaifəsi aparılmalıdır. Bunları həll etmək üçün hüquqi yollar varmı? Bəzi ölkələrdə təcili tibbi yardımda çalışanların hüquqi statusları polis işçilərinin hüququ statustuna bərabərdir”.

Deputat hesab edir ki, gələcəkdə "Pasiyentlərin və tibb işçilərinin hüquqları” haqqında qanun layihəsi qəbul eidlməldir.

"Deputat həmkarlar təşəbbüs göstərərsə, işçi qrup yaradılmalıdır və bu qanun da qəbul edilməlidir. Çünki icbari tibbi sığorta daha geniş ərazidə tətbiq olunduqda bu məsələnin olması mütləq tələb olunacaq”.
modern.az



SON XƏBƏRLƏR