2024 və 2028-ci il Yay Olimpiya Oyunlarının ev sahibi məlum oldu - Paris və ABŞ-da keçiriləcək

img

14-09-2017 [16:19]


2024 və 2028-ci ildə Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhərlər müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi bu barədə qərarı Perunun paytaxtı Limada keçirilən 131-ci sessiyasında verib.
 
Qərara əsasən, 2024-cü ildə Olimpiadanı Fransanın paytaxtı Paris qəbul edəcək. Növbəti 4 illiyin ən möhtəşəm yarışı isə ABŞ-da baş tutacaq. Olimpiyaçılar 2028-ci ildə Los-Ancelesdə bir araya gələcəklər.
 
Qeyd edək ki, 2020-ci ildə Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda olacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR