Sanitariya haqqında qanunvericilik dəyişdirilir

img

14-09-2017 [15:45]


"Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliklərin edilməsi təklif edilir.

Milli Məclisdən verilən məlumata görə, qanuna əlavəyə əsasən, əhalinin sanitariya-epidemioloji salamatlılığının təmin edilməsi sahəsində elmi tədqiqatların qiymətləndirilməsini və əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirəcək.

Həmçinin, əhalinin sanitariya-epidemioloji salamatlılığının təmin edilməsi sahəsində elmi tədqiqatlar "Elm haqqında” qanun ilə müəyyən edilən qaydada həyata keçiriləcək.

Qanuna dəyişiklik Milli Məclisin iclasında müzakirə ediləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR