Şriftin ölçüsü / 162 dəfə oxunub

"Oturduğumuz yerdə cibimizə girirlər, əclafcasına!!!" - Jurnalistdən "Bakcell"ə ittiham

14 Sentyabr 2017 [15:09]
"Baksell nömrəsinə yüklədiyim konturlar kimsə ilə danışmadığım halda yoxa çıxır. Son iki həftədə davamlı zənglərdən sonra nəhayət, şirkətlə danışdım".

Mia.az xəbər verir ki, bu sözləri "Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Paşasoy "Feysbuk"dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, şirkətdən iddia ediblər ki, bizlik deyil, hansısa reklam şirkəti mesaj göndərir, hər gün pul çıxır:

"Soruşdum ki, həmin şirkət mənim nömrəmi kimdən alıb? Niyə mənim Baksell nömrəm onlardadır? Dedilər bizlik deyil. Bir nömrə verdilər ki, zəng edin, mesajları dayandırsınlar. Br həftədir zəng edirəm, o nömrəni qaldıran yoxdur. Nömrəmdən də bir ucdan pul çıxır. Kontur yükləməyəndə də borc yazılır, yükləyən kimi borca gedir. Neçə aydır davam edən bu özbaşınalığı durduran tapılacaqmı? Oturduğumuz yerdə cibimizə girirlər, əclafcasına!!!".

Məsələyə şirkətin mövqeyini də əlavvə etməyə hazırıq.

Mia.az


SON XƏBƏRLƏR