İlham Əliyev Berat Albayrakı qəbul etdi - Müzakirə

img

14-09-2017 [12:55]


Bu gün Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb.

Görüşdə Azərbaycanla Türkiyə arasında həyata keçirilən birgə strateji layihələrin əhəmiyyətinə toxunulub, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin önəminə toxunularaq, bunun ölkələrimizin iqtisadi inkişafı və xalqlarımızın rifahının daha da yüksəldilməsi baxımından əhəmiyyəti qeyd edilib. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında həyata keçirilən birgə strateji layihələrin əhəmiyyətindən danışılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR