İranlı tələbə Bakıda sevdiyi qızla dalaşdı - Özünü binadan atdı - Yenilənib

img

14-09-2017 [11:48]


Bakıda dəhşətli hadisə baş verib.

Hündürmərtəbəli binada bir neçə nəfər İran vətəndaşını aşağı atıb. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən "Qafqazinfo”ya bildirilib ki, həqiqətən də bir nəfər İran İslam Respublikasının vətəndaşı binadan yerə düşüb və vəfat edib.

PB-dən əlavə məlumat verilməyib.

***

Bakıda tələbə intihar edib.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ev 108, mənzil 15 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan, İran İslam Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Nəzəri Əmir Cəlil oğlu sərxoş vəziyyətdə özünü binanın 4-cü mərtəbəsindən atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Məlumata görə, Nəzəri Əmir Azərbaycan Tibb Universitetinin tələbəsidir. O, intihar etməzdən əvvəl sevdiyi qızla dalaşıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR