Şriftin ölçüsü / 149 dəfə oxunub

"Ermənilər Azərbaycanın gücündən təşvişə düşür" - General Aydəmirov

13 Sentyabr 2017 [19:24]
"İşğalçı Ermənistan Azərbaycanın hərbi potensialının artmasından təşvişə düşür”.

Bunu Ermənistanın müdafiə naziri Viqen Sarkisyanın ermənilərin pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı açıqlamasına cavab olaraq hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib:

"Ermənistanın iqtisadi durumu və hərbi sənayesinin hazırkı acınacaqlı vəziyyəti bizə çox yaxşı bəllidir. Düşmən ölkənin istifadəsində olan PUA-ların kustar üsulla hazırlandığı, başqa ölkələrdən ucuz qiymətə alındığı və onların aşağı keyfiyyətli olması da sirr deyil. O ki, qaldı Viqen Sarkisyanın bu kimi əsassız və absurd fikirlərinə, o ilk dəfə deyil ki, belə çıxışlar edir və bununla da artıq heç kimi təəccübləndirmir.

Bu cür çıxışları o, əsasən Azərbaycan tərəfi hər hansı bir ölkə ilə hərbi-texniki əməkdaşlıq istiqamətində uğurlu addım atdıqdan dərhal sonra səsləndirir. Bu isə Azərbaycanın hərbi potensialının artmasından işğalçı dövlətin narahat olaraq təşvişə düşməsi ilə əlaqədardır”.



SON XƏBƏRLƏR