13-09-2017 [12:43]
Bir neçə gündür ki, Yazıçılar Birliyi ilə Bakı meri arasında "26” kafesi ilə bağlı qalmaqallı hadisələr baş verir.
Baş verənlərin fonunda ötən gün Yazıçılar Birliyinin ləğv olunması məsələsi də gündəmə gəlib. Düzdür, qurum bəyanat yayaraq məsələni təkzib edib. Və daha sərt şəkildə mövqeyini ortalığa qoyub.
Ancaq problem ətrafında müzakirələr yenə də davam etməkdədir. "Qafqazinfo” qurumun ləğv olunma məsələsi ətrafında yazıçıların münasibətini öyrənib.
Yazıçı Salam Sarvan bildirib ki, bu məsələdə ən optimal yol AYB-nin bir qəzetini və iki jurnalını saxlayıb, bütün strukturunu ləğv eləməkdir: "Çünki ortada absurd, gülməli görüntü var. Belə çıxır ki, 2000-dən çox üzv, 200-ə qədər maaşlı işçi, neçə-neçə rayon filialları, o boyda İcra aparatı, Katiblik, Ağsaqqallar Şurası, Gənclər şurası ona görə bir yerə yığışıb ki, bir qəzet, iki jurnal çıxarsınlar.
Elə bu kafe məsələsinin də maraqlı tərəfi əslində bu idi. AYB-nin pula hansı ehtiyacı var ki, icarəyə yer verməyə məcbur olur, yəni, bu təşkilat ədəbiyyat naminə hansı faydalı layihələri həyata keçirir ki, əlavə vəsaitə ehtiyacı yaranır? Biz axı onun heç bir fəaliyyətini görmürük. İldə bir dəfə təqaüd siyahısı təqdim etməkçün bu boyda təsərrüfata nə ehtiyac var? Yəni, AYB-ni büdcədən maliyyələşən qurum kimi buraxıb, ona ayrılan pulu ciddi ədəbiyyat layihələrinə yönəltmək lazımdır. Yeri gəlmişkən, dostumuz Rəşad Məcidin də canı dincələr, qalıb qəzetlə AYB arasında get-gəldə”.
Yazıçı Şərif Ağayarın fikrincə isə, AYB nə QHT kimi QHT-dir, nə dövlət orqanı kimi dövlət orqanı: "Məncə, bu şəkildə qalmamalıdır. Dövlət ədəbiyyata dəstək veirirsə, hansısa quruma, kiminsə ictimai statusuna görə deyil, konkret layihələrə, konkret işə kömək etməlidir. AYB-də ədəbiyyata dəxli olmayan, işbazlıqla, moşennikliklə məşğul olan, ədəbiyyatı al-ver vasitəsinə çevirən, mənəvi mühiti çirkləndirən çoxlu zərərli insanlar var və bunların əlində səlahiyyətlər var. Demokratik, sivil dünyaya xas prinsiplər işə düşməyincə belə adamların fəaliyyətinə münbit şərait yaranır. Öz qarınlarını rahatlıqla yekəltməklə məşğul olurlar. Qısaca desək, bu qurum buraxılmalı, yazıçılar müstəqil Pen-klublar şəklində yenidən təşkilatlanmalı, ədəbi mühitdə canlanma yaranmalıdır. Biz iyirmi ildir bunu deyirik və bir daha da təkrar edək. Heç nə itirmirik. Onsuz da eşidən yoxdur”.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb