“Qarabağ” Çempionlar Liqasının ilk matçında uduzdu - YENİLƏNİB

img

12-09-2017 [23:00]


  • "Qarabağ” "Çelsi” oyunu yekunlaşdı. Oyun meydan sahiblərinin 6-0 hesablı qələbəsi ilə başa çatdı.

    Qeyd edək ki, "Qarabağ” növbəti oyununu sentyabrın 27-də doğma meydanda "Roma"ya qarşı keçirəcək.

    00:18

    "Qarabağ” "Çelsi” oyununun 71-ci dəqiqəsində komandamızın qapısına dördüncü, 75-ci dəqiqəsində beşinci qol vurulub. Hazırda 5:0 hesabı ilə "Çelsi” öndədir.

    23:58

    "Qarabağ” "Çelsi” oyununda daha bir qol vurulub. Oyunun 54-cü dəqiqəsində komandamız qapısında üçüncü qolu görüb. Hazırda 3:0 hesabı ilə "Çelsi” öndədir.

    23:17

    "Qarabağ” "Çelsi” oyununda daha bir qol vurulub. Oyunun 30-cu dəqiqəsində komandamız qapısında daha bir qol görüb. Hazırda 2:0 hesabı ilə "Çelsi” öndədir.

    22:52

    "Qarabağ” "Çelsi” oyununda hesab 5-ci dəqiqədə açılıb. Künc zərbəsindən sonra "Çelsi” hesabı açıb. Hazırda 1:0 hesabı ilə meydan sahibləri öndədir.

    22:46

    Bu gün UEFA Çempionlar Liqasında 2017/2018-ci il mövsümünə start verilir.Modern.azxəbər verir ki, Azərbaycanı ilk dəfə bu möhtəşəm turnirdə təmsil olunacaq.

    Ağdamın "Qarabağ” klubu qitənin ən nüfuzlu klub turnirində ilk oyununu "Çelsi”yə qarşı keçirəcək. Matç artıq başlayıb.

    Qeyd edək ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaq:

    Baş hakim:Anastasios Sidiropoulos

    Yan xətt hakimləri: Polixronis Kostaras, Lazaros Dimitriadis

    Əlavə yardımçı hakimlər: Xaralambos Kalogeropoulos, Alexandros Aretopoulos

    Dördüncü hakim: Damianos Efthimiadis (Hamısı Yunanıstan)

    London. "Stemford Bric”

    "Çelsi”:13. Tibo Kurtua, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. N'Qolo Kante, 11. Pedro Rodriges, 21. Davide Zappakosta, 22. Villian, 23. Mişi Batşuayi, 24. Qari Keyhill (k), 27. Andreas Kristensen, 28. Sezar Aspilikueta

    Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 2. Antonio Rüdiger, 9. Alvaro Morata, 10. Eden Azar, 14. Timo Bokayko, 15. Viktor Moses, 30. David Luiz

    "Qarabağ”:13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye

    Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 18. Tarik Elyunusi, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev



Digər xəbərlər
SON XƏBƏRLƏR