Mərkəzi Bank sədrinin müavini vəzifəsindən azad olundu - Sərəncam

img

12-09-2017 [11:12]


Xəqani Abdullayev Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini vəzifəsindən azad olunub.

Mia.az "APA-Economics"ə istinadən xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı avqustun 1-də sərəncam imzalayıb. X. Abdullayevin yerinə təyinat baş verməyib.

O, 2010-cu ilin aprel ayında AMB sədrinin müavini vəzifəsinə təyin edilib. 2007-ci ilin fevral ayında bank sisteminin inkişafındakı xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

2015-ci ilin aprel ayından Milli Məclisin qərarı ilə AMB İdarə Heyətinin üzvü seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR