Çingiz Abdullayev “26” kafesindən 8 min manat alırmış - Fotofakt

img

11-09-2017 [20:01]


Yazıçı Çingiz Abdullayevin bu günlərdə bağlanması ilə ölkə gündəmində olan qalmaqallı "26” adlı kafedən hər ay külli miqdarda pul aldığı məlum olub.

Mia.az-ın haqqin.az-a istinadən məlumatına görə, kafenin icarəsi ilə bağlı müqavilə Çingiz Abdullayevlə sahibkar Ramil Məmmədli arasında bağlanıb. Müqaviləyə əsasən, Yazıçılar Birliyinin binasında kafe açılıb və buna görə Ç. Abdullayev hər ay 8 min manat alıb. Müqavilə 2017-ci il martın14-də bağlanıb.

Sayt Çingiz Abdullayevlə "26” kafesinin sahibi Ramin Məmmədov arasında bağlanan müqavilənin fotosunu da yayıb.

Xatırladaq ki, daha öncə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycan Yazıçılar Birliyinin binası önünə gələrək, "26” kafesinin bağlanmasına şəxsən rəhbərlik edib. Şəhər başçısı kafe rəhbərliyini ittiham etmişdi ki, onlar iaşə xidməti obyektini "26 Bakı komissarı”nın və 100 il bundan əvvəl azərbaycanlıların soyqırımını törətmiş daşnakların şərəfinə adlandırıblar.

Kafe üçün yerin icarəyə verilməsi ilə bağlı Yazıçılar Birliyinin ünvanına ittihamlar səslənməyə başladığı bir vaxtda Hacıbala Abutalıbovla Birliyin katibi Çingiz Abdullayev arasında ictimaiyyətin gözü önündə mübahisələr başladı. Çingiz Abdullayev bildirdi ki, onun təmsil etdiyi strukturun kafenin açılması üçün yerin icarəyə verilməsinə heç bir aidiyyatı yoxdur.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR