Deputatlar Milli Məclisdə sabahkı iclasa çağrıldılar

img

11-09-2017 [17:25]


Sabahdan - sentyabrın 12-dən Azərbaycan Milli Məclisinin payız sessiyasının komitə iclasları başlayır.

Mia.az xəbər verir ki, bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu modern.az-a açıqlamasında deyib. Qurum rəsmisi bildirib ki, sentyabrın 12-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək.

"Gündəliyə 9 məsələ daxil edilib. İclasda "Müdafiə haqqında”, "Korrupsiyaya qarşı mübarizə haqqında”, "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə ediləcək.

Həmçinin, sentyabrın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

Payız sessiyasının ilk plenar iclasının isə sentyabrın 30-da keçiriləcəyi gözlənilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR