““Qarabağ” ilk dəfə bu yarışa qatılsa da...” - Konte

img

11-09-2017 [18:15]


Çempionlar Liqasının qrup mərhələsində sabah "Qarabağ"la qarşılaşacaq "Çelsi"nin baş məşqçisi Antonio Konte bu gün mətbuat konfransı keçirib. İtaliyalı mütəxəssis sabah Ağdam klubuna qarşı keçirəcəkləri matçdan danışıb.

Konte əvvəlcə komandadakı problemlərdən danışıb: "Zədəli futbolçularımız var. Drinkuoter zədələnib. Lakin onun "Qarabağ"a qarşı heyətdə yer alıb-almayacağı müayinədən sonra aydınlaşacaq. Ola bilər ki, meydana çıxsın".

Təcrübəli çalışdırıcı İngiltərə Premyer Liqasında "Arsenal"la qarşı keçirəcəkləri oyun üçün "Qarabağ"la matçda heyətdə rotasiya edəcəyini deyib: "Mən hər zaman heyətdə rotasiya etmişəm. "Arsenal"la oyunu indidən düşünmürəm. Amma futbolçuların daim rotasiyaya ehtiyacı var. Lakin istənilən halda futbolçularıma güvənirəm".

Baş bəşqçi Alvaro Moratanın "Qarabağ"a qarşı oynamaq şansından danışıb: "O, yaxşı oynayır. Bu gün bizim futbol düşüncələrimizə uyğun gəlir. İspaniya yığmasında və "Lester"ə qarşı yaxşı çıxış etdi".

Londonluların çalışdırıcısı komandanın əsas silahı Eden Azarın da durumuna aydınlıq gətirib: "O, bizimlə birlikdədir. Tam uyğunlaşmağa, bərpa olmağa çalışır. Lakin zamana ehtiyacı var".

Konte İtaliya millisi ilə Azərbaycana qarşı oynadıqları matçı xatırlayıb: "İtaliya millisi ilə Azərbaycana qarşı oynamışam. "Qarabağ”ın xeyli futbolçusu millidə çıxış edir. Onlar yaxşı komandadır. "Qarabağ” ilk dəfə bu yarışa qatılsa da, güclü komandadır, yaxşı futbolçuları var”.




Digər xəbərlər
SON XƏBƏRLƏR