"YAP bəzi üzvlərinin rüşvət almasını,..." - Partiya sədrindən ilginc açıqlama

img

11-09-2017 [15:47]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev onlara istirahətin qismət olmadığını deyib. 

Bildirib ki, partiya rəhbərliyi başda olmaqla, bütün rayon təşkilatları dinamik şəkildə işləyib. Üzvləri ilə görüşlər keçirib, gələcək planlar ətrafında müzakirələr aparıblar:

"Qapımız hər zaman açıqdır və haqqını axtaran hər bir vətəndaş bizə müraciət edir. MMP hər saat fəaliyyətdə olan partiyadır və bu gün də eyni templə işləyir. Biz prezident seçkilərinə hazırlaşdığımıza görə yay ərzində bölgələrdə vətəndaşlarla, müəyyən partiyaların sədrləri ilə də görüşlər keçirdik. MMP olaraq həmişə dövləti və onun birinci şəxsinin siyasi xəttini müdafiə edmişik. Hakimiyyətin QOCALAR EVİNİ və yaxud hökumətdə korrupsiyaya bulaşmış, dövlət başçısına xəyanət edən məmurları müdafiə etmirik. Əminəm ki, biz bu tendensiyanı davam etdirsək, ən güclü konstruktiv müxalifət partiyası kimi fəaliyyətimizi ortaya qoyacağıq”.

Partiya sədri siyasi düşərgədə qarşıdurmanın əleyhinə olduğunu deyərək, siyasiləri fikir işlədəndə ehtiyatlı olmağa çağırıb:

"Hamımız eyni torpağın insanlarıyıq. Nə olsun ki, biri YAP-ın, biri MMP-nin, biri Xalq Cəbhəsinin və sair partiyanın üzvüdür. YAP-ın sədri prezidentdir və o, tək bir partiyanın deyil, bütün Azərbaycan xalqınındır. Bu gün Azərbaycana qarşı təzyiqlər var və ümumi vəziyyət elə də normal deyil. Ona görə də digər partiyaları qıcıqlandırmaq lazım deyil. YAP müxalifət cəbhəsini fəaliyyətsiz hesab edirsə, müxalifət cəbhəsi də deyə bilər ki, bu səhvdir. Deyə bilər ki, bəzi YAP üzvlərinin korrupsiya ilə məşğul olması fəaliyyət deyil. Yaxud, YAP-ın Yasamal rayon təşkilat sədrinın 200 milyon rüşvət alması fəaliyyət deyil. Baş nazirin müavinin Gəncədə şadlıq evləri tikdirməsi bu partiyann inkişafı deyil. Bu gün insanların narazılığı çoxdur. Bəzi rayon icra hakimiyyətləri rüşvətlə, eyş-işrətlə məşğuldur, milləti incidirlər, milləti prezidentdən narazı salırlar. Biz buna yol verməyəcəyik. YAP bəzi üzvlərinin rüşvət almasını, cinayətlərini iş bilirsə, çox böyük yanlışlığa yol verir”.
versus.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR