Şriftin ölçüsü / 368 dəfə oxunub

Əməkdar artistin oğlu qəzaya düşdü: "Əsas odur ki, özüm sağ-salamat qurtarmışam"

24 Avqust 2017 [18:33]
"Əsas odur ki, özüm sağ-salamat qurtarmışam".

"Vicdan haqqı” serialının Vüsalı, Rus dram Teatrının gənc aktyoru İbrahim Çingiz avtomobil qəzası keçirib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində aktyorun idarə etdiyi "BMW” markalı avtomobilinə ciddi ziyan dəyib. Ç.İbrahim xəbəri təsdiqləyib: 

"Hadisə iki gün bundan əvvəl baş verib. Avtomobilimi vurdular, qarşı tərəfin günahı idi. Amma hadisə olanda olur. Heç kim bundan sığortalanmayıb. Avtomobilimə ciddi ziyan dəyib. Əsas odur ki, özüm sağ-salamat qurtarmışam. Amma bu xəbərlə özümə reytinq qazanmaq istəmirəm”. 

Qeyd edək ki, İbrahim əməkdar artist Çingiz Əhmədovun oğludur.


SON XƏBƏRLƏR