Xırdalanda yaşayış evinə basqın olub - Polis əməliyyatı

img

24-08-2017 [12:33]


Xırdalan şəhərində yaşayış evinə basqın olub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 21-də Abşeron rayonunun Xırdalan şəhərindəki evlərdən birinə gəlmiş naməlum şəxs ev sahibəsini bıçaqla hədələyib pul və qızıl əşyalar verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.
 
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Saray qəsəbə sakini Maqsud Əliyev tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR