Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

24-08-2017 [12:20]


Avqustun 25-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah havanın temperaturunun gecə  22-25° isti, gündüz  30-35° isti, Bakıda gecə  22-24° isti, gündüz  32-34° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  762  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 65-75%, gündüz 45-50 % olacaq. 
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı  ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  19-24°, gündüz  34-39 isti, dağlarda gecə 13-18°, gündüz  25-30° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR