Heyvanların açıq məkanlarda kəsilib satılması qadağandır – Qəssablara xəbərdarlıq

img

24-08-2017 [10:15]


Bəzən heyvanların insanların gözü önündə kəsilməsinin şahidi oluruq. Bu anti-sanitariya səbəb olduğu kimi, əsəbi zəif olan insanlara, xüsusilə uşaqlara çox təsir edə bilər. Bəs görəsən belə hallarla mübarizə aparılırmı?
 
Məsələ ilə bağlı Modern.az-a danışan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə bildirib ki, heyvanların açıq şəkildə kəsilməsi qanunla qadağandır.
 
"Buna yerli icra orqanları və polis nəzarət edir. Heyvan qapalı şəkildə kəsilməlidir, axar suyu olmalıdır, soyuducu kameralar olmalıdır. Heyvan kəsildikdən sonra müəyyən müddət soyuducuda saxlanılmalıdır.
 
Və yoxlanıldıqdan sonra satışına icazə verilə bilər. İnsanların qapalı şəkildə kəsilən heyvanlarla bağlı ağıllarında sual yaranmamalıdır, çünki kəsilən ətlər baytar nəzarətindən keçdikdən sonra satışa çıxarılır.  
 
Kəsim yalnız baytarlıq nəzarətində olan obyektdə aparılmalıdır. Dalanlarda, açıq şəkildə heyvan kəsilirsə bunun qarşısı yerli icra orqanları və polis tərəfindən alınır. Elə yerlərdə kəsilən ətlər anti-sanitar vəziyyətdə olur”.
 
Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bunun fəsadları ağır ola bilər.
 
"Yaxşı olardı ki, heyvan kəsimi ictimai yerlərdə həyata keçirilməsin. Heyvan insanların gözü qarşısında kəsilməsi, xüsusilə də uşaqların gözü qarşısında kəsilməsi onlara psixoloji olaraq ciddi problemlər yarada bilər. Belə hallar olduqda bəziləri ət yeməkdən imtina edir, bəzilərində psixoloji travma yaranır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR