"Getsin mahnısını oxusun" - Qayınanasından Könül Kərimovaya (FOTO)

img

23-08-2017 [22:57]


Tanınmış müğənni Könül Kərimova qayınanasından danışıb.

Mia.az xəbər verir ki, milli.az-a açıqlama verən müğənni qayınanasının həmişə ona dəstək olduğunu bildirib.

"Bir neçə dəfə istəmişəm ki, sənətdən gedim. Yeni ailə həyatı quranda efirə çıxmaq istəmirdim, həvəsdən düşmüşdüm. Evdə ancaq mətbəxdə bişirib-düşürürdüm. Bir də gördüm ki, qayınanam mənim üçün xəbər yollayıb ki, o gəlinə deyin ki, mətbəxin yanından çəkilib, gedib mahnısını oxusun. Onun bu sözü mənə böyük stimul oldu. Başqa qayınana olsaydı, bəlkə də elə deməzdi. O mənim həm xalamdır, həm də qayınanam. Həmişə mənə dəstək olub, məni bütün gəlinlərindən çox istəyib", - deyə müğənni bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub