Prezident Nazirlər Kabineti ilə bağlı fərman verdi - Yeni struktur təsdiqləndi

img

23-08-2017 [17:28]


Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında fərman verib.

Mia.az xəbər verir ki, Fərmana əsasən hökumətdə belə dəyişiklikərə qərar verilib:

1. "Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturu” təsdiq edilsin

Struktura daxildir:
 
- Baş nazirin xidməti
- Baş nazirin birinci müavininin xidməti
- Baş nazirin müavinlərinin xidmətləri
- Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti
- Nazirlər Kabineti Aparatı rəhbərinin müavininin xidməti
 
- Hüquq şöbəsi
- Maliyyə və iqtisadiyyat məsələləri şöbəsi
- Humanitar və sosial məsələləri şöbəsi
- Beynəlxalq əlaqələr şöbəsi
- Sənaye və energetika məsələləri şöbəsi
- Neft və kimya məsələləri şöbəsi
- Kənd təsərrüfatı məsələləri şöbəsi
- Ekologiya məsələləri şöbəsi
- Təhlükəsizlik və müdafiə məsələləri şöbəsi
- Kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsi
- Regionların inkişafı məsələləri şöbəsi
- Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi
- Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi
- Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi
- Mətbuat xidməti
 - İşlər idarəsi

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahididir;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər idarəsinin işçilərinin say həddini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir;

2.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti zərurət olduqda Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturuna daxil olan şöbələrdə sektorlar (İşlər idarəsində şöbələr və sektorlar) yaradır.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin;

3.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR