Vitse-admiral Şahin Sultanovun cinayət işi Bakı Hərbi Məhkəməsinə qaytarılıb

img

23-08-2017 [16:57]


Bu gün Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. 

Prosesə sədrlik edən hakim Elşad Şamayev bildirib ki, prokuror Bakı Hərbi Məhkəməsinin hökmündən apellyasiya protesti verib və Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənov işin yenidən Bakı Hərbi Məhkəməsinə qaytarılması üçün müraciət edib.
 
Ş.Sultanov buna etiraz etsə də, hakimlər kollegiyası müraciəti təmin edib və iş baxılması üçün yenidən Bakı Hərbi Məhkəməsinə qaytarılıb.
APA

Digər xəbərlər
SON XƏBƏRLƏR