Bayram Kürdəxanlı necə vurulub? - DİN-dən açıqlama

img

23-08-2017 [12:19]


Daxili İşlər Nazirliyi (DİN) məşhur meyxanaçı Bayram Kürdəxanlının ölümü haqda məlumat yayıb.
 
Mia.az DİN-ə istinadən bildirir ki, avqustun 23-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Fərhadov idarə etdiyi "Peugeot” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bayram Quliyevi vurub: "Xəstəxanaya yerləşdirilən B. Quliyev orada ölüb".
 
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR