Sumqayıtda hər gün azı 2-3 nəfəri it dişləyir - Rəsmi açıqlama

img

23-08-2017 [10:19]


"Sumqayıtda gün ərzində 2-3 nəfər it dişləməsi ilə bağlı xəstəxanaya müraciət edir”

Mia.az-ın məlumatına görə, bunu azvision.az-a Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev deyib.

Onun sözlərinə görə, 5 yaşlı Zeynəbin quduzluqdan ölməsindən sonra şəhərdə it dişləməsi halları azalıb: "Vəziyyət narahatedici deyil. Şəhərdəki sahibsiz küçə itləri yığışdırılıb. Düzdür, hələ də küçədə itlərə rast gəlmək olar, lakin bu istiqmaətdə işlər davam etdirilir. Şəhər rəhbərliyi məsələni gündəmdə saxlayır və aidiyyatı qurumlara müraciət edilib”

N.Baxşəliyev bildirib ki, əvvəlki aylarla müqayisədə it dişləməsi ilə bağlı müraciət edənlərin sayı 10 dəfə azalıb.

Qeyd edək ki, iyulun 31-də Sumqayıtda it dişləyən 5 yaşlı Zeynəb Mikayılzadə avqustun 17-də dünyasını dəyişib.


Digər xəbərlər
SON XƏBƏRLƏR