ABŞ Rusiya və Çinə daha bir həmlə - Yeni sanksiya qərarı

img

22-08-2017 [18:55]


ABŞ Rusiya Federasiyasının 4 vətəndaşını Şimali Koreya ilə bağlı sanksiya siyahısına daxil edib.
 
Bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir.  
 
Sanksiyaya məruz qalan rusiyalılar bunlardır: "Velmur Management PTE LTD” şirkəti ilə bağlılığı olan İrina Xyuiş, "Gefest-M” və "Korea Tangun Trading Corporation” şirkətləri ilə bağlılığı olan Ruben Kirakosyan, eləcə də Mixail Pisklin və Andrey Serbin.  
 
Moskva şəhərində qeydiyyatda olan "Gefest-M” şirkəti də sanksiya siyahısına salınıb. Bu şirkət Şimali Koreyanın "Tangun” ticarət korporasiyası ilə əlaqədə ittiham olunur.
 
Sanksiyaya məruz qalanlar arasında Çinin 5, Namibiyanın 2 və Sinqapurun 2 şirkəti də var.  

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR