İsmayıllıda kütləvi dava - 3 nəfər bıçaqlandı

img

22-08-2017 [12:31]


İsmayıllı rayonunda kütləvi dava olub.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, avqustun 21-də İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində rayon sakinləri Seyfi Hacıyev, Arif Hacıyev və Aqil Mustafayev ilə həmyerliləri Nemət Salmanov və Elşən Səfərov arasında münaqişə baş verib.

Bu zaman E.Səfərov bıçaqla S.Hacıyevə, A.Hacıyevə və A.Mustafayevə xəsarət yetiriib, habelə hadisə zamanı N.Salmanov da xəsarət alıb.

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə E.Səfərov tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR