18-08-2017 [14:49]
Son günlər Ermənistan Müdafiə Nazirliyinin nəzarətində olan saytlarda Azərbaycan Ordusu haqqında daxili auditoriyaya hesablanmış yalan və saxta məlumatlar yayılır.
Bu barədə Mia.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunubki, Ermənistan tərəfi bu cür dezinformasiyaları yaymaqla özünü guya Azərbaycan Silahlı Qüvvələri barədə məlumatlı göstərməyə çalışır. Əslində isə nümayiş etdirilən "məxfi məlumatlarla dolu məktublar” o dərəcədə bisavad və səriştəsiz hazırlanır ki, onların əvvəldən axıradək saxta olduğu heç bir şübhə doğurmur.
"Bütün bunlar erməni xüsusi xidmət orqanları və "əks-təbliğat mütəxəssisləri” tərəfindən qeyri-peşəkar səviyyədə, tələm-tələsik uydurularaq, səliqəsiz düzülüb-qoşulmuş kağız parçasıdır. Son yayılan məktubdakı saxtakarlıq və səhvlər isə daha tez diqqəti cəlb edir.Baş Qərargah rəisi müntəzəm olaraq Ordudakı vəziyyət haqqında müdafiə nazirinə şifahi məruzələr etdiyindən xidməti məsələlərlə bağlı Ermənistan mətbuatının təqdim etdiyi formada yazılı müraciətlərə zərurət qalmır. Çoxlu qrammatik səhv və yazılış üslubundakı uyğunsuzluqla (məktubda 20-dək səhv var) hazırlanmış bu məktubun Müdafiə Nazirliyindəmövcud olan daxili yazışmalara və kargüzarlığa azacıq da olsa, uyğunluğu yoxdur. İstər mövcud olmayan simvolikalı rəsmi blank, istərsə də orada olan imzalar saxtalaşdırılıb, həmin sənədlərdə göstərilən tarixlər, rəqəmlər, yer və adlar da tamamilə uydurmadır"- deyə, nazirlikdən bildirilib.
Məlumatda deylir ki, məktubda göstərilən məqamlardan biri də 2016-cı ilin aprel döyüşlərindəki itkilər barədə məlumatların ağlasığmaz dərəcədə şişirdilməsi və bilərəkdən qat-qat çox göstərilməsidir: "Bütün ölkə mətbuatı və ictimaiyyət həmin dövrdə şəhidlərin dəfn mərasimlərində iştirak edib, hər kəs bu proseslərin nə qədər yüksək səviyyədə və təntənəli təşkil olunduğunu izləyib, Ali Baş Komandanın Ordumuza yüksək qiymət verməsinin və qəhrəmanlarımızın mükafatlandırmasının şahidi olub. Odur ki, üstündən bu qədər vaxt keçdikdən sonra Ermənistan mətbuatının guya itkilərin gizlədilməsi barədə məlumatlar tirajlaması blefdən başqa bir şey deyil və heç bir etik normalara sığmır. Texniki tərəqqinin hazırkı inkişaf mərhələsində itkilərin əhalidən gizlədilməsi də qeyri-mümkündür. Aprel döyüşləri zamanı itkilərin sayı barədə göstərilən rəqəmlər əslində Ermənistanın öz itkilərinin sayıdır və onlar hələ də ictimaiyyətə bu barədə düzgün məlumat verməyiblər.
Aprel döyüşlərindən sonra özünə gəlməyən, Ermənistan rəhbərliyi bilərəkdən Azərbaycan tərəfinin itkilərini qat-qat artıraraq verməklə Ermənistan əhalisinin fikrini yayındırmağa çalışır. Nədənsə uğurlu əks-hücum əməliyyatı keçirərək sarsıdıcı zərbələr endirən Azərbaycan Ordusunun 2000 hektaradək ərazini işğaldan azad etdiyini unudur.
Spiker 830 min manatlıq kompüter alır
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb