Bə­zi "psi­xo­loq"lar in­san­la­ra qar­şı psi­xo­lo­ji də­lə­duz­luq üsul­la­rı for­ma­laş­dı­rır

img

18-08-2017 [13:02]


Hər bir in­sa­nın hə­ya­tı­nın müx­tə­lif mər­hə­lə­lə­rin­də psi­xo­lo­qa eh­ti­ya­cı ola bi­lər. Bu tə­bii hal­dır. Bə­zən içi­miz­də baş ve­rən tə­la­tüm­lə­rin sə­bə­bi bi­zim üçün an­la­şıl­maz olan­da inan­dı­ğı­mız psi­xo­lo­qa ya­xın­la­şır, onun­la bö­lü­şür, məs­lə­hət alı­rıq. Bu gün Azər­bay­can­da adı­nı psi­xo­loq qo­yan­lar, ser­ti­fi­kat alıb bu sa­hə ilə məş­ğul olan­lar çox­dur. Am­ma on­la­rın heç də ha­mı­sı psi­xo­loq kri­te­ri­ya­la­rı­na ca­vab ver­mir. Bu­nu çox­la­rı­mız hiss edir, hət­ta bu­na gö­rə mə­yus da ola bi­li­rik.

Son za­man­lar so­si­al şə­bə­kə­nin ver­di­yi im­kan­lar, in­ter­ne­tin ya­rat­dı­ğı şə­ra­it nə­ti­cə­sin­də müx­tə­lif adam­la­rın in­san­la­ra psi­xo­loq xid­mə­ti gös­tər­mək is­tək­lə­ri­ni or­ta­ya qo­yur. Ma­raq­lı­dır, in­san özün­də heç bir psi­xo­lo­ji gər­gin­lik hiss et­mə­di­yi hal­da, heç kə­sin ta­nı­ma­dı­ğı bir adam çı­xıb de­yir ki, mən psi­xo­lo­qam və sə­nin də psi­xo­lo­qa eh­ti­ya­cın var, gəl, mə­nim se­ans­la­rı­ma ya­zıl. Psi­xo­lo­ji sar­sın­tı ya­şa­ma­yan, özü­nü mü­əy­yən qə­dər xoş­bəxt sa­yan in­sa­na psi­xo­loq ad­la­nan ada­mın psi­xo­lo­ji hü­cu­mu qə­bu­le­di­lən de­yil. Hə­kim heç vaxt xəs­tə­nin üzü­nə de­mə­mə­li­dir ki, sə­nin cid­di xəs­tə­li­yin var. Bə­zi psi­xo­loq­lar so­si­al şə­bə­kə­nin ona ver­di­yi im­kan­lar­dan is­ti­fa­də edə­rək mü­əy­yən so­si­al şə­bə­kə is­ti­fa­də­çi­lə­ri­nə ya­zır­lar ki, si­zin şək­li­ni­zi gör­düm və çox bəd­bəxt ol­du­ğu­nu­zu, psi­xo­lo­ji sar­sın­tı ya­şa­dı­ğı­nı­zı hiss et­dim, gə­lin si­zi bu hal­dan çı­xa­rım. Bu hə­qi­qə­tən də so­si­al şə­bə­kə is­ti­fa­də­çi­sin­də cid­di na­ra­hat­lıq, həm də qar­şı tə­rə­fə bir ik­rah his­si ya­ra­dır. Bə­zi­lə­ri­nə elə gə­lir ki, əli­nə psi­xo­loq ol­ma­sı­na da­ir ser­ti­fi­kat alır­sa, bu tək­li­fi ta­nı­ma­dı­ğı, da­xi­li­nə bə­ləd ol­ma­dı­ğı ada­ma edə bi­lər. Hal­bu­ki, hər şey etik çər­çi­və­də ol­ma­lı­dır. Hət­ta psi­xo­loq hiss et­sə ki, ki­min­sə psi­xo­lo­ji prob­le­mi var, ona da­ha həs­sas ya­naş­ma­lı və onun­la bir dost ki­mi da­nış­ma­lı, din­lə­mə­li­dir. Yox­sa ba­rə­sin­də iy­nə­nin ucu boy­da da ol­sa mə­lu­ma­tı ol­ma­yan ada­ma "sə­nin psi­xo­lo­ji prob­le­min var" de­mək, o ada­mın ürə­yi­nə xof sal­maq, yax­şı hal de­yil. Bu, in­sa­na şüu­ral­tı psi­xo­lo­ji təz­yiq­dir.

Bu gün­lər­də re­dak­si­ya­mı­zın ya­xın dost­la­rın­dan olan bir xa­nım bu hal­la qar­şı­la­şıb. O bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, "Fa­ce­bo­ok"da dost­lu­ğu­na qə­bul et­di­yi və özü­nün üzün­dən psi­xo­lo­ji prob­lem ya­ğan bir xa­nım ona me­saj ya­za­raq "sə­nin bö­yük prob­lem­lə­rin var, üzün­də xoş­bəxt­lik gör­mü­rəm, gə­lin fi­lan ye­rə, mən si­zi bu prob­lem­dən xi­las edim" - de­yib. Xa­nım dos­tu­mu­zun söz­lə­ri­nə gö­rə, o, "psi­xo­loq"a "mə­nim heç bir prob­le­mim yox­dur, ola bi­lər ki, si­zin gör­dü­yü­nüz fo­to yor­ğun an­la­rım­da çə­ki­lib. Am­ma mə­nim hə­ya­tım­da hər şey qay­da­sın­da­dır və psi­xo­lo­qa eh­ti­ya­cım yox­dur" - ca­va­bı­nı ve­rib. La­kin bu onu qa­ne et­mə­yib, ye­nə də xa­nı­ma öz xid­mə­ti­ni tək­lif edib.

Tə­əs­süf ki, bu hal ge­niş ya­yı­lıb. Bu da in­san­la­rın əh­va­lı­na, hə­ya­tı­na mən­fi tə­sir gös­tə­rir.
Psi­xo­loq Kö­nül Va­qif­qı­zı bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, bu hal var və bə­zən onun özü də so­si­al şə­bə­kə­də be­lə hal­lar­la rast­la­şır: "Tə­əs­süf ki, in­di bə­zi­lə­ri müx­tə­lif yol­lar­la ser­ti­fi­kat­lar alıb öz­lə­ri­ni psi­xo­loq ki­mi təq­dim edir­lər. On­la­rın müx­tə­lif so­si­al şə­bə­kə­lər­də xü­su­si sə­hi­fə­lə­ri var, öz­lə­ri­ni ge­niş şə­kil­də rek­lam edir­lər. İn­di be­lə­lə­ri çox­dur. On­lar o adam­lar­dır ki, ba­ca­rı­ğı yox­dur, sa­va­dı çox aşa­ğı sə­viy­yə­də­dir, bu yol­la öz­lə­ri­nə "müş­tə­ri" top­la­yır­lar. Rek­lam­la­rı­nı o şə­kil­də qu­rur­lar ki, gu­ya bun­la­rın ya­nı­na gə­lən adam­la­rın sa­yı çox­dur. Əs­lin­də isə on­lar bəl­kə də ay­da iki-üç adam­la iş­lə­mir­lər. Bu hal tə­əs­süf ki, özü­nü uşaq psi­xo­lo­qu ad­lan­dı­ran­lar­la da bağ­lı­dır. Bə­zi­lə­ri gö­rür ki, bö­yük­lə­ri to­ra sa­la bil­mir, baş­la­yır va­li­deyn­lə­rə tə­sir et­mə­yə ki, si­zin uşaq­da əl və göz kor­rek­si­ya­sı in­ki­şaf et­mə­yib, uşa­ğı­nı­zın diq­qə­ti yay­ğın­dır. Va­li­deyn də hə­yə­ca­na dü­şüb uşa­ğı­nı hə­min ada­mın ya­nı­na apa­rır. Bu ol­duq­ca mən­fi bir hal­dır. Va­li­deyn­lər uşaq­la­rı­nı hər özü­nü psi­xo­loq ad­lan­dı­ran ada­mın ya­nı­na apar­ma­sın­lar. Rek­la­mı ol­maq heç də o ada­mın pe­şə­kar ol­ma­sı de­mək de­yil. Hət­ta bu ya­xın­lar­da ya­xın bir ta­nı­şım uşa­ğı na­dinc, ər­kö­yün ol­du­ğu üçün, tə­sa­dü­fən onu ev­lə­ri­nin ya­nın­da yer­lə­şən bir "Uşaq Psi­xo­lo­ji Mər­kə­zi"nə apa­rıb ki, bəl­kə psi­xo­loq uşaq­la da­nı­şıb onu yö­nəl­də. İna­nın ki, xa­nım qə­bu­la gi­rən ki­mi ona pul ödət­di­rib­lər, son­ra da "psi­xo­loq" uşaq­la həs­sas dav­ran­maq əvə­zi­nə, ona qış­qı­rıb, hət­ta hə­də­lə­yib də. Uşaq ağ­la­yan­da qa­dın uşa­ğı onun ya­nın­dan gö­tü­rüb evə gə­ti­rib. Be­lə psi­xo­loq olar? Psi­xo­loq uşaq­lar­la xü­su­si da­nış­ma­lı, onun­la dost ol­ma­lı, onu ma­raq­lan­dır­ma­lı, prob­le­mi­ni üzə çı­xar­maq üçün həs­sas­lıq­la, onun hiss­lə­ri­nə to­xun­ma­dan söh­bət et­mə­li­dir. Psi­xo­loq in­san­la­ra psi­xo­lo­ji hü­cum et­mə­li de­yil. Tə­əs­süf ki, bu hal­la rast­la­şı­rıq".

So­si­al şə­bə­kə üzə­rin­dən so­si­al şə­bə­kə is­ti­fa­də­çi­lə­ri­ni na­ra­hat edən bə­zi psi­xo­loq­la­rın özü­nün gər­gin­lik ya­şa­dı­ğı­nı de­yən K.Va­qif­qı­zı he­sab edir ki, bu cür adam­la­rı blok et­mək la­zım­dır: "So­si­al şə­bə­kə va­si­tə­si­lə han­sı­sa hə­kim me­saj ya­zıb sə­ni müa­li­cə­yə də­vət edir­sə, ya­xud "sə­nin fi­lan xəs­tə­li­yin var" de­yib xof­lan­dır­maq məq­sə­di gü­dür­sə, o adam­dan uzaq­laş­maq la­zım­dır. Nor­mal hə­kim, nor­mal psi­xo­loq xəs­tə­yə hü­cu­ma keç­məz, ya­xud müa­li­cə tək­lif et­məz. Xəs­tə­lər be­lə tək­lif­lə­rə uy­ma­sın­lar. Ümu­miy­yət­lə, bu cür tək­lif­lə­rə həs­sas ya­naş­maq la­zım­dır. Axı on­la­rın ço­xu­nun heç sa­va­dı yox­dur. Sa­vad­lı in­san in­sa­nı heç nə­yə təh­rik et­mə­mə­li­dir. Bu qey­ri-nor­mal­dır".


Digər xəbərlər
SON XƏBƏRLƏR