Barselonada terror aktı törətməkdə şübhəli bilinən şəxslərdən biri öldürülüb, o biri isə saxlanılıb

img

18-08-2017 [08:52]


Barselonada terror aktı törətməkdə şübhəli bilinən şəxslərdən biri atışma zamanı öldürülüb, digəri isə saxlanılıb.

 APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl yük maşınını piyadalın üzərinə sürən sürücünün kimliyinin məlum olduğu bildirilmişdi.    
 
Sürücünün Driss Oukabir adlı şəxs olduğu bildirilir. Polisin məlumatına görə, o, furqon tipli yük maşınını Santa-Perpetua-de-Moqoda yaşayış məntəqəsində icarəyə götürüb. Onun Melilye şəhərində anadan olduğu və Ripol rayonunda yaşadığı qeyd olunur.
 
Polis hazırda saxlanılan şəxsin sosial şəbəkələrdəki əlaqələrini araşdırır.  
 
Qeyd edək ki, bu gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 80-dən çox xəsarət alıb.
 
Polis, həmçinin, sürücünün və digər silahlı şəxsin insidentdən sonra restorana hücum edərək oradakı insanları girov götürdüyü barədə yayılan xəbərləri təkzib edib.  

Digər xəbərlər
SON XƏBƏRLƏR