13 nəfəri öldürən, 64 nəfəri yaralayan terrorçu yaxalandı - FOTO

img

17-08-2017 [22:05]


Barselonada polis mikroavtobusu kütlənin üzərinə sürərək terror aktı törədən sürücünün şəxsiyyəti müəyyənləşib.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, Mülki Qvardiyadakı mənbənin yaydığı məlumata görə, bu, Dris Oukabir adlı şəxsdir.

Məlumatda bildirilir ki, o, mikroavtobusu Barselonanın Santa-Perpetua-de-Moqoda əyalətindən kirayə götürüb.

Terrorçu saatda 80 kilometr sürətlə mikroavtobusu kütlənin üzərinə sürüb.

Xatırladaq ki, terror aktı nəticəsində azı 13 nəfər həlak olub, 60-dan çox insan yaralanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR